“Cahan Sənaye Kompleksi” MMC Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında tikinti materialları və istilik sistemləri sahəsində fəaliyyət göstərən ən aparıcı istehsalat müəssisələrindən biridir. Müəssisə 1995-ci ildə ölkənin nüfuzlu şirkətlər qrupu olan Cahan Holdinq-in tərkibində təsis edilib. Şirkət əsasən yerli istehsalın inkişafı və məhsulların xarici bazarlara ixrac edilməsi istiqamətində fəaliyyət göstərir.
Əsas istehsal istiqamətlərinə aşağıdakılar daxildir:
Kompleks 2017-ci ildən etibarən investisiya qoyuluşlarını sürətləndirib və istehsal texnologiyalarını tamamilə yeniləyib.
Müəssisə daxili bazarın tələbatını ödəməklə yanaşı, həm də regional ixracatçıdır. Belə ki, Özbəkistanın “Azimut Plus” şirkəti ilə imzalanmış müqaviləyə əsasən, Cahan Sənaye Kompleksi tərəfindən Özbəkistana 40 min ədəd radiator ixracı həyata keçirilib.