BE Group şirkətində müştəri xidmətlərini gücləndirmək məqsədilə yeni zəng mərkəzi fəaliyyətə başlayıb. Bundan sonra istifadəçilər *3400 qısa nömrəsi vasitəsilə iradlarını, şikayət və təkliflərini birbaşa şirkətə çatdıra biləcəklər.
İstifadəçilər bilməlidir ki, daxil olan hər bir zəng qeydə alınır və müvafiq mütəxəssislərə operativ şəkildə yönləndirilir. Yeni xidmətin əsas məqsədi müştəri məmnuniyyətini artırmaq və əməkdaşlığın keyfiyyətini daha da yüksəltməkdir.