BE Group şirkəti müştəriləri üçün “ani hədiyyə” adlanan yeni bir sistem tətbiq edib. Sistemin mahiyyəti ondan ibarətdir ki, istifadəçi məhsul alarkən adətən müəyyən miqdarda bonus gözlədiyi halda, bəzən gözlənilməz anda əlavə hədiyyə – məsələn, televizor – qazana bilir.
Ani hədiyyələr istifadəçi satın aldığı məhsulun QR kodunu oxutduğu zaman təsadüfi qaydada müəyyən olunur və dərhal bildiriş vasitəsilə istifadəçiyə göndərilir. İstifadəçi nə qədər çox məhsul alırsa, ani hədiyyə qazanma ehtimalı da bir o qədər yüksək olur.
