BE Group şirkəti satdığı hər bir məhsulun üzərinə xüsusi QR kod yerləşdirib. Bu kodlar BE Master mobil tətbiqi vasitəsilə bonusa çevrilir və istifadəçilərə əlavə üstünlüklər qazandırır.
Sistemdən yararlanmaq üçün istifadəçilər əvvəlcə tətbiqə daxil olub qeydiyyatdan keçməli, ardınca ekranın aşağı mərkəz hissəsində yerləşən “QR oxut” bölməsindən istifadə edərək məhsul üzərindəki kodu skan etməlidirlər. Əməliyyat bir neçə saniyə ərzində tamamlanır və istifadəçinin balansına bonus əlavə olunur.
Bonuslardan həm topdan satış edənlər, həm də ustalar yararlana bilir. Topdan satışla məşğul olan istifadəçilər məhsul qutusunun üzərindəki QR kodu oxutmaqla 0,8 faiz, ustalar isə qutu daxilindəki məhsulun üzərindəki kodu oxutmaqla 1,8 faiz bonus qazanır. Belə ki, 1000 manatlıq alış-veriş zamanı istifadəçinin balansına 18 bonus – 18 AZN-ə ekvivalent məbləğ – əlavə edilir.

Toplanan bonuslar tətbiqin əsas səhifəsində yerləşdirilən hədiyyələr siyahısından istifadə üçün tətbiq oluna bilər. Balansda kifayət qədər bonus olduqda istifadəçilər əsas səhifədə yerləşdirilən hədiyyələri əldə edə, yaxud bonuslarını toplayaraq daha dəyərli hədiyyələr qazana bilərlər.