Azərbaycanın aparıcı istehsalat müəssisələrindən olan BE Group “BE Pen” brendi altında PVC profil bazarı üçün geniş və çoxşaxəli məhsul səbəti təqdim edir.
BE Pen-in məhsul səbətinə aşağıdakı profil sistemləri daxildir:
Hər bir sistem çərçivə, qanad, orta bağlantı, qapı qanadı, pəncərə və qapı pərvazı, qutu profili, köşə dönüş profili, bağ və incə bağ profilləri, tək və cüt paket çita profilləri, həmçinin montaj və boru profilləri kimi tam profil dəstini əhatə edir — yəni müştərilər tək bir sistem çərçivəsində pəncərə və qapı həllərinin bütün komponentlərini tapa bilirlər.
Məhsul səbətinə həmçinin geniş rəng kataloqu daxildir: Brown Oak, Coal Grey, Solar Oak, Natural Oak və Black Brown kimi məşhur dekor rəngləri standart olaraq mövcuddur, sifariş əsasında isə başqa rənglərdə də istehsal həyata keçirilir.
Şirkət istehsal prosesində qurğuşunsuz tənzimləyicilərdən istifadə edir ki, bu da profillərin ekoloji cəhətdən təhlükəsiz olmasını, rənginin daha uzun müddət ağ qalmasını (saralmanın azalması) və Avropa normalarına uyğunluğunu təmin edir.
Məhsulların yüksək keyfiyyətini təmin etmək üçün BE Group istehsalın hər mərhələsində dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq edir:
BE Group müştəri təcrübəsini asanlaşdırmaq üçün begroup.az saytında maraqlı bir həll də təqdim edir. “BePen” məhsullar bölməsinə daxil olan istifadəçilər sadə suallara cavab verməklə özlərinə ən uyğun pəncərə sistemini seçə bilirlər — məsələn, pəncərənin eyvan, bağ evi, yoxsa mənzil üçün nəzərdə tutulduğu soruşulur. Pəncərələrin günəş yoxsa kölgə tərəfə baxdığı, evin yüksək səsli yaxud sakit zonada yerləşdiyi, habelə evdə kiçik uşaqların olduğu soruşulur. Bu interaktiv sorğu vasitəsilə müştərilər texniki biliyə ehtiyac duymadan, öz ehtiyaclarına ən uyğun profil sistemini müəyyənləşdirərək birbaşa sifariş edə bilirlər.